Norveçə məxsus gəmidə güclü yanğın baş verib - VİDEO
Norveçə məxsus “Hoegh Xiamen” Ro-Ro gəmisində Florida ştatının Ceksonvill bölgəsində güclü yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğının gəminin aşağı hissəsindəki yük göyərtəsindən başlandığı təxmin edilir.
Yanğını söndürən zaman gəmidə baş verən partlayış nəticəsində 8 nəfər yanğınsöndürənin xəsarət aldığı bildirilir. 21 nəfərdən ibarə heyətin heç bir üzvü xəsarət almayıb.
Hazırda yanğınsöndürmə işləri davam edir. Yanğınsöndürənlərin qaynar nöqtələri taparaq söndürməsi üçün bütün gecə gəmidə qalmaları gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır