

İrana məxsus gəmi batıb, ölənlər və itkin düşənlər var
İraqa yük daşıyan İrana məxsus gəmi batıb. Nəticədə 2 iranlı matros həyatını itirib.
İranın Dənizçilik Təşkilatının yaydığı məlumata görə, Hürəmşəhər limanından çıxan yük gəmisi İraqın Üm-Kəsr limanının yaxınlığında batıb. Bildirilib ki, dənizə düşən 8 matrosdan 6-sı xilas edilib. Lakin 2 matrosun həyatını xilas etmək mümkün olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır