Dünyanın ən böyük konteyner gəmisi Rotterdama gəlib - VİDEO
Dünyanın ən böyük konteyner gəmisi “HMM Algeciras” ilk dəfə olaraq Rotterdam limanının Rotterdam World Gateway konteyner terminalına gəlib.
"Seanews.az" xəbər verir ki, Çinin Yantyan limanından gələn gəmi iyunun 6-da səhər saatlarında Hamburqa yola düşüb.
Sözügedən gəminin maksimal yük götürmə qabiliyyəti 23964 TEU-dur.
İlk reysində gəmi 19621 TEU ağırlığında yük götürüb/ Bu da rekord göstərici sayılır.
Uzunluğu 400, eni isə 61 metr olan “HMM Algeciras” gəmisi “Daewoo Shipping & Marine Engineering” (DSME) gəmiqayırma zavodunda inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır