Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Marian çökəkliyinin dərinliyinə dair şübhələr artır

Sakit okeanın qərb hissəsində yerləşən və Yer kürəsinin ən dərin nöqtəsi sayılan Marian çökəkliyinin dərinliyinə dair fərqli məlumatlar əldə edilib.

“Report” “TASS”a istinadən xəbər verir ki, 1957-ci ildən okeanın səthindən dərinliyi 11 022 metr olaraq qəbul edilmiş həmin bölgəyə Rusiyaya məxsus “Vitiaz” əlahiddə araşdırma zondunun endirilməsi zamanı 10 028 metrlik göstərici əldə olunub.

Rusiyalı mütəxəssis İqor Denisovun fikrincə, belə bir fərqin səbəbi ya əvvəlki ölçülərin qeyri-səlis olması, ya da o vaxtdan Marian çalasında müəyyən dəyişikliklərin baş verməsi ilə bağlı ola bilər.

Ekspert həmin bölgənin hələlik tam olaraq tədqiq olunmadığını da diqqətə çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır