

Türkiyə Liviyada neft axtarma və istehsal işləri üçün lisenziya almaq niyyətindədir
Türkiyə Liviyada neft axtarma və istehsal işləri üçün lisenziya müraciəti edib.
Bu barədə Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz məlumat verib.
Nazir bildirib ki, Liviya ilə bağladığımız müqavilə çərçivəsində 7 lisenziya sahəsi müəyyənləşdirdik. Bu istiqamətdə işlər və elan müddəti təxminən 3 ay davam edəcək. 3-4 ay ərzində seysmik axtarışlar aparacağıq. Buradan alınan məlumatları dəyərləndirdikdən sonra yatağı təyin edəcəyik.
Türkiyə Şərqi Aralıq dənizində 6 qazma işini tamamlayıb, "Yavuz" qazma gəmisinin “Səlcuqlu-1” yatağında yeddinci qazma işləri davam edir.
Şərqi Aralıq dənizində Türkiyə Neftləri Anonim Ortaqlığı şirkətinin Şimali Kipr Türk Respublikasından aldığı lisenziya sənədləri əsasında qazma işləri başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır