

Vyetnama məxsus tanker balıqçı gəmisi ilə toqquşub
Vyetnama məxsus “Annie Gas 09” tankeri “TH 90282” balıqçı gəmisi ilə toqquşub.
"Seanews.az" xəbər verir ki, hadisə iyunun 9-da Tonkin körfəzində baş verib.
Qəza zamanı balıqçı gəmisi batıb. Gəmidə olan 7 nəfər heyət üzvünün 3-ü xilas edilib, 4 nəfər isə itkin düşüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır