

“BMW Group” şirkəti gəmi bioyanacağını sınaqdan keçirir
“BMW Group” şirkəti “UECC” layihəsi çərçivəsində gəmi bioyanacağını sınaqdan keçirir.
"Seanews.az" xəbər verir ki, bu il martında “Autosky” Ro-Ro gəmisində başlayan sınaq işlərinin iyulda bitməsi planlaşdırılır.
“Autosky” gəmisi Zebryuqqe – Santander (İspaniya) marşrutu üzrə işləyir. Gəminin yanacaqla təmin olunması Rotterdam limanında həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır