

Yaponiyada kruiz gəmisində yanğın olub
Yaponiyada kruiz gəmisində yanğın baş verib. Yanğın Tokionun yaxınlığındakı İokoqama limanında dayanmış "Asuka-2" gəmisində qeydə alınıb.
Yanğının gəminin yuxarı kayutunda başladığı qeyd edilir.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir, belə ki, gəmi aprelin 1-dən limanda boş dayanıbmış.
Ümumilikdə isə gəmidə 436 nəfərlik sərnişin kayutu mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır