

Eyni istiqamətdə üzən iki gəmi toqquşub
Yaponiyaya məxsus “Kinei Maru No.22” ümumi yük gəmisi ilə Koreya bayraqlı “Pos Yokohama” konteyner gəmisi toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə hər iki gəmi eyni istiqamətdə (Yokohamadan Yokkaichiyə) üzərkən baş verib.
Toqquşmadan sonra “Pos Yokohama” lövbər atıb, “Kinei Maru No.22” isə Tabo limanına qədər gedə bilib.
Qəza zamanı ölən və yaralanan haqqında məlumat yoxdur. Hadisə ilə əlaqədar araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır