Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Dəniz quldurlarının əsarətində olan rusiyalı dənizçilər azad edildi

Dəniz quldurlarının əsarətində olan üç rusiyalı dənizçi bir aylıq girovluqdan sonra azad edilib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, dəniz quldurları Benin yaxınlığında “Tommi Ritsher” konteyner daşıyıcısına hücum edib. Kapitanın baş köməkçisi Andrey Siqunov, elektrik-mexanik Vasili Suprun və baş mexanik Sergey Zaytsev silah gücü ilə pirat gəmisinə mindirilib və naməlum istiqamətə aparılıb.

Dəniz quldurları Almaniyanın “Transeste Schiffahrt GmbH” şirkətinə məxsus konteyner daşıyıcısının sahibindən 350 min dollar (595 min AZN) tələb ediblər. Gəmi sahibi bu pulu ödəmək məcburiyyətində qalıb.

Rusiyalı dənizçilər artıq vətənlərinə çatdırılıblar.

Hazırda “İnterpol”a sorğu göndərən RF hüquq-mühafizə orqanlarının əməkdaşları adam oğurluğu ilə bağlı istintaqa başlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır