Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Dünya dəniz sənayesində “Blockchain” texnologiyasının tətbiqinə dair müqavilə imzalanıb

“Ant Group”, “Alibaba Group” və “Cosco Shipping” arasında müqavilə imzalanıb.

"Seanews.az" xəbər verir ki, şirkətlər arasında imzalanan müqavilə dünya dəniz sənayesində “Blockchain” texnologiyasının tətbiq edilməsinə aiddir.

“Blockchain” texnologiyası – məlumatların ümumi bir serverə qoşulmadığı halda məlumat bazasının rəqəmsal formatda paylanması deməkdir.

Məlumata görə, bu texnologiyanın tətbiq edilməsi dəniz logistikası sahəsindən tutmuş maliyyə qruplarına qədər mövcud olan problemləri həll edə bilər. “Blockchain” texnologiyası qlobal xarici ticarəti də asanlaşdıra bilər.

Hazırda “Cosco” şirkəti sözügedən texnologiyanı Çinin Tsindao limanına sınaqdan keçirir. Limandan verilən məlumata görə, iyunun sonunda 500-dən çox konteyner daşınıb. “Blockchain” texnologiyası sayəsində liman hər bir konteynerin qeydiyyata alınmasında 24 saat qənaət edib. 

“Blockchain” texnologiyasının patentinin böyük qismi “Ant Group” və “Alibaba Group” şirkətlərinə məxsusdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır