Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

İMO dənizçilərin tibbi xidmətdən istifadəsi ilə bağlı bir sıra tövsiyələri təsdiqləyib

Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim dənizçilərin tibbi xidmətdən istifadəsi ilə bağlı bir sıra tövsiyələri təsdiqləyib.

Dənizçilər üçün bələdçi rolunu oynayan tövsiyələrə “COVID-19” əlamətlərinin, o cümlədən göyərtədə koronavirusa yoluxma şübhəsi olan və ya artıq yoluxmuş dənizçiləri təcrid etmək kimi məsələlər daxil edilib. Həmçinin, sənəddə infeksiyanın yayılmasını minimuma endirmək üçün dənizçilərin qoruyucu vasitələrlə təmin edilməsinin vacibliyi də yer alıb.

Kitak Lim İMO üzvü olan ölkələrin rəhbərliklərini tövsiyələrə əməl etməyə çağırıb: “Pandemiya dövründə dənizçilər fədakarlıqla hamımıza lazım olan məhsulları çatdırdılar. Dənizçilərə daha çox ehtiyac duyulduğu hazırkı dövrdə onlara təxirə salınmadan tibbi xidmət göstərmək lazımdır. Dənizçilərə təcili tibbi yardımın göstərilməsi təkcə onların özləri üçün deyil, həm də qlobal tədarük zəncirini qorumaq üçün vacibdir”.

Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində ASCO gəmiləri müəyyənləşdirilmiş qrafikə uyğun mütəmadi dezinfeksiya olunur, dənizçilər tibbi maskalar, əlcəklər, dezinfeksiyaedici məhlullarla təmin edilirlər. Həmçinin, növbə dəyişməsi zamanı heyət üzvləri gəmiyə getməzdən öncə analiz verirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır