Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Rusiyalı alimlər Baltik dənizinin dibində unikal birləşmələr aşkar ediblər

P.P.Şirşov adına okeanologiya institutunun alimləri  “Akademik Nikolay Straxov” elmi-tədqiqat gəmisində ekspedisiya apararkən  Baltik dənizinin dibində buz halında qalmış aysberq parçası tapıblar.

İnstitutdan bildirilib ki, bu çöküntülərin nümunələri, o cümlədən çınqıl parçaları hələ min illər əvvəl dənizin dibində buz dövrünün aysberqləri tərəfindən qaldığına birbaşa sübutdur. Əldə olunan tapıntı keçmişin, indinin və gələcək zamanın klimatologiyasını öyrənməyə kömək edəcək. Qalıqların analizi həmin zamanlarda küləyin hansı səmtdən əsdiyi, iqlim dəyişkənliyi və təbii hadisələr haqqında ətraflı məlumat verəcək.

Kalininqrad bölgəsinin relyef forması da tədqiq edilib. Bu ərazinin relyefi dəniz səviyyəsinin tədricən dəyişməsi və bunun iqlim dəyişikliyinə təsiri barədə məlumat verəcək.

Əldə edilən nəticələr müasir elmə dünya iqliminin perspektivləri barədə qiymətli məlumatlar qazandıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır