Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

“Safer” tankeri ekoloji problemlərə səbəb ola bilər

Dünya birliyi “Safer” tankerindən bir milyon bareldən çox neftin Qırmızı dənizə tökülə biləcəyindən çox narahatdır.  Ekspertlər bu hadisənin ciddi ekoloji problemlər törədəcəyini proqnoz ediblər.

"Seanews.az" xəbər verir ki, tanker 2015-ci ilin martında Qırmızı dənizdə bir qrup ekstremist tərəfindən qaçırılmışdı. BMT-nin hesablamalarına görə, tankerdə 1,1 milyon barel neft var.

Sözügedən tanker Qırmızı dənizdən 7 kilometr məsafədə yerləşən Ras İsa limanında dayanıb.  Tankerdə olan neftin dənizə töküləcəyi təqdirdə limanlar yararsız hala gələcək, Yəmənin balıq ehtiyatları tələf olacaq və bütün sahilyanı ölkələr ciddi ekoloji problemlərlə üzləşəcək.

Ekspertlərin məlumatına görə, uzun müddət işləmədiyindən tanker artıq saya oturub və utlizasiyaya göndərilməlidir. Lakin bundan öncə tankerin göyərtəsindəki neft boşaldılmalıdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır