Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Rusiya hipersəsli silahı olan sualtı qayığın istehsalına başladı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Sevmaş” müəssisəsi “Voronej” və “Vladivostok” adlı sualtı qayıqların istehsalına başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu zavodun baş direktoru Mixail Budniçenko söyləyib.

Onun sözlərinə görə, həmin qayıqlar gəmiyə, raketə qarşı, həmçinin hipersəsli silahla təchiz olunacaq. O, işlərin başladığını videobağlantı vasitəsilə ölkə başçısı Vladimir Putinə məruzə edib.

Xatırladaq ki, ötən həftə Rusiyanın bazası Dağıstanda olan Xəzər donanmasının Gəmi Qüvvələri və Sahil Qoşunları döyüş hazırlığını yoxlamaq məqsədilə qəfil həyəcan siqnalı ilə qaldırılıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır