Filippində Ro-Ro gəmisində yanğın baş verib
İyulun 23-də Filippinə məxsus “Filipinas Dinagat” Ro-Ro gəmisində yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğın gəminin göyərtəsindən başlayıb. Kapitan təxliyə əmrini verdikdən sonra 47 nəfər heyət üzvünün hamısı xəsarət almadan gəmini tərk ediblər.
Yanğın səbəbindən idarədən çıxmış gəmi dənizdə özbaşına üzməyə başlayıb. Hadisə yerinə köməkçi mütəxəssislər çağırılıb.
Yanğının səbəbləri hələlik məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır