Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Ukraynada batmış gəmiyə görə fövqəladə hal elan olunub

Ukrayna hökuməti Odessa yaxınlığında batmış “Delfi” tankerinə görə fövqəladə hal elan edib.

"Seanews.az" xəbər verir ki, gəminin batdığı ərazidə tankerdən dağılmış neft məhsulları kritik vəziyyət yaradıb. Hazırda vəziyyətlə bağlı son qərarın qəbulu fövqəladə hallar üzrə dövlət xidmətinin ixtiyarına verilib.  Qəzaya uğramış tankerin utilizasiya edilməsi planlaşdırılır.

Moldaviyaya məxsus gəmi 2019-cu il noyabrın 22-də kəskin hava şəraiti səbəbindən qəzaya uğrayıb. Güclü  külək gəmini lövbərdən ayıraraq Odessaya tərəf aparıb və gəmi saya oturub. Gəmi heyəti xəsarət almadan təxliyə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır