Beynəlxalq Dəniz Təşkilatı kruiz sənayesinin tədricən təhlükəsiz şəkildə bərpasına dair göstərişlər verib
Beynəlxalq Dəniz Təşkilatı (İMO) tabeliyində olan alt qurumlara məktub ünvanlayıb.
Məktubda deyilir: “Kruiz gəmiçiliyi pandemiya dövründə kifayət qədər zərər çəkib. Reyslərin çox böyük qismi təxirə salınıb. Kruiz sənayesinin tədricən bərpa olunmasına və gəmilərin təhlükəsiz istismarına kömək etmək üçün Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) və Avropa Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi (ECDC) müvafiq təlimatlar hazırlayıb”.
"Seanews.az" xəbər verir ki, təlimat beynəlxalq miqyasda, Avropa Birliyi və Avropa İqtisadi Bölgəsi altında fəaliyyət göstərən kruiz gəmiləri üçün nəzərdə tutulub. Sənəddə koronavirusun yayılmasının qarşısını almaq üçün tövsiyələr, ümumi standartlar və tədbirlər nəzərə alınır.
Mövcud təlimatlarla bu linkdə tanış ola bilərsiniz