Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-14,
Seanews
Heyder Eliyev

“Uber” taksi xidməti artıq suda da fəaliyyət göstərəcək

“Uber” şirkəti su taksisi operatoru olan “Thames Clippers” şirkəti ilə birgə Temza çayında öz brendi altında sərnişin daşımasına başlayıb.

"Seanews.az" xəbər verir ki, “Uber Boat” loqotipli ilk gəmi avqustun əvvəlində “Thames Clippers” donanmasının  20 ədəd sərnişin gəmisi ilə ilk səyahətinə çıxıb.

“Thames Clippers” şirkətindən verilən məlumata görə, donanmanın gəmilərindən turistlər və yerli əhali daxil olmaqla 4.3 milyon sərnişin istifadə edib.

Londonda pandemiyadan sonrakı həyat bərpa olunduqdan sonra sakinlər gəmilərin xidmətindən “Uber” mobil tətbiqi vasitəsilə istifadə edə biləcəklər.

Gəmilər və limanlar “Uber Boat” loqotipi altında fəaliyyət göstərsələr də, sistem “Thames Clippers” şirkəti tərəfindən idarə olunacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır