Pakistanda gəmi aşıb, 10 nəfər ölüb
Pakistanın cənubunda yerləşən göldə içərisində yerli turistlərin olduğu kiçikhəcmli gəmi aşıb.
APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə Sind əyalətindəki Kindjxar gölündə baş verib. Xilasedicilər sudan 10 nəfərin meyitini çıxarıblar. Ölənlərdən 2 nəfəri azyaşlı olub.
Sudan sağ çıxarılan bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.
Yerli mətbuatın məlumatına görə, hadisənin baş verməsinə güclü külək səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır