Çin istehsalı olan ilk aviadaşıyıcı gəmi - VİDEO
“Şandun” adlı ikinci aviadaşıyıcı gəminin birinci - “Lyaonin” adlı gəmidən fərqi onun tamamilə Çində istehsal edilməsidir.
"Seanews.az" xəbər verir ki, sözügedən gəmi “Dalian Shipbuilding İndustry Company” gəmiqayırma zavodunda inşa edilib.
İnşasına 2013-cü ilin noyabrında start verilən gəmi 2017-ci il aprelin 26-da suya salınıb. 2019-cu ilin dekabrında isə “Sanya” hərbi-dəniz limanına verilib.
Gəminin uzunluğu 315, eni 75 metr, sürəti isə 31 uzeldir. Suya oturumu 55 min ton olan gəmi tam yükləndikdə bu rəqəm 66-70 min tona çatır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır