Somali sahillərində girov götürülən İran vətəndaşları azad ediliblər
Somali sahillərində dəniz quldurları tərəfindən girov götürülən dörd nəfər İran vətəndaşı azadlığa buraxılıb.
Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, dörd il əvvəl girov götürülən şəxslər Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin birgə səyləri ilə sərbəst buraxılıb. Sistan-Bəlucistan vilayətindən olan iranlılar yaxın günlərdə vətənə gətiriləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır