Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Banqladeşdə ilk sualtı tunel inşa edilir - VİDEO

Banqladeşin ən böyük liman şəhəri olan Çittaqonqda sualtı tunel inşa edilir.

"Seanews.az" xəbər verir ki, layihə “Banqladeş – Çin – Hindistan – Myanma” iqtisadi dəhlizinin bir hissəsidir. Uzunluğu 3.5 kilometr olan dördzolaqlı tunel Banqladeşin ən böyük çayı olan Karnephuli çayının altından keçəcək.

Tunelin inşası ilə məşğul olan “China Communications Construction Company, Ltd” (CCCC) şirkəti layihənin icrasına 2017-ci ilin sonunda başlayıb. Cari ilin avqustun 2-də isə tunelin sol hissəsinin inşası yekunlaşıb.

İnşaat üçün şirkət tərəfindən hazırlanmış böyük diametrli tuneldən istifadə olunur. Tunelin diametri  12.12 metr, çəkisi iə 2 min tondan çoxdur.

Tunelin inşasının 2022-ci ildə yekunlaşması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır