Rusiyada katerlə barjanın toqquşması nəticəsində 4 nəfər ölüb
Ruisyanın Xantı-Mansi muxtar dairəsində motorlu qayıqla barjanın toqquşması nəticəsində 4 nəfər ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, hadisə Surqut çayında baş verib.
“Hazırda hamımız hadisə yerindəyik, katerdə 8 nəfər olub, dörd nəfər ölüb, dördü isə yaralanıb. Barjada isə xəsarət alan olmayıb”, - deyə şəhər rəhbərinin müavini Aleksey Jerdyev bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır