Dəniz quldurları rusiyalı dənizçiləri Nigeriyada girov götürüblər
Laqos limanından 30 kilometr aralıda “Water Phoenix” gəmisinə dəniz quldurları hücum edib. Quldurlar 2 nəfər rusiyalı dənizçini girov götürüblər.
“Seanews.az” xəbər verir ki, girov götürülənlərdən biri gəminin kapitanıdır. 18 nəfərdən ibarət heyətin 11 nəfəri Filippin, 7 nəfəri isə Rusiya vətəndaşıdır. Hadisə zamanı heyətin digər üzvləri xəsarət almayıb.
Hazırda Rusiya səfirliyi və Nigeriyanın hüquq-mühafizə orqanları girov götürülmüş dənizçilərin xilas edilməsi üçün tədbirlər həyata keçirir.
Məlumata görə, sözügedən ərazidə son 12 ayda artıq 13-cü hücum faktı qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır