Hindistanda sərnişin qayığı çevrilib: 7 ölü, 14 itkin düşən var
Hindistanın şimal-qərbində yerləşən Racastxan əyalətində, Çambal çayında sərnişin qayığının çevrilməsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, məlumatı yerli NDTV telekanalı yayıb.
Bildirilib ki, qayıqda 25-30 sərnişin olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində bir neçə nəfər xilas edilib. Hadisənin baş verməsinə ilkin səbəb kimi güclü dalğa göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır