

Kruiz gəmisi Baltik dənizində saya oturub
Baltik dənizindəki Aland adası sahillərində Finlandiyaya məxsus “Amorella” adlı kruiz gəmisi saya oturub.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəmidə 200-ə yaxın sərnişin, 80 heyət üzvü olub.
"Amorella"-nın aid olduğu “Viking Line” şirkətindən bilidirilib ki, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
Gəminin saya oturmasının səbəbi ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır