Sinqapurun “Keppel” Korporasiyası tərsanələrini satmağı planlaşdırır
Sinqapurda fəaliyyət göstərən “Keppel” Korporasiyası iqtisadi çətinliklər yaşayan tərsanələrini satmağa hazırlaşır.
“Seanews.az” xəbər verir ki, bu barədə qərar ötən həftə şirkət rəhbərliyinin görüşündən sonra açıqlanıb.
Məlumata görə, holdinq strateji addımlar atmaqla bazardakı mövqeyini qoruyub saxlamağa çalışacaq. Bura qlobal əməliyyatları azaltmaq, bərpa olunan enerjiyə istiqamətlənmək, hissələrin konsoldasiyası və ya satışı daxildir.
Bundan əlavə, “Keppel” tərsanələrinin Sinqapurdakı tərsanə qrupu “Sembawang” ilə birləşməsi də uzun müddətdir gündəmdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır