“Wärtsilä” şirkətinə yeni baş direktor təyin edilib
“Volvo Group” şirkətinin hazırkı prezidenti Hokan Aqnevall “Wärtsilä” şirkətinə yeni baş direktor təyin olunub.
“Seanews.az” xəbər verir ki, o, yeni vəzifəsinin icrasına 2021-ci ilin aprelindən başlayacaq.
Qeyd edək ki, hazırda “Wärtsilä” şirkətinin rəhbər postunu Yaokko Eskolu tutur. Eskolu postu təhvil verdikdən sonra 2021-ci il 30 iyun tarixində təqaüdə çıxana qədər şirkətin rəhbərlər şurasının məsləhətçisi kimi fəaliyyətini davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır