Egey dənizində döyüş gəmisi ilə konteyner gəmisi toqquşub
Yunanıstan Dəniz Donanmasına aid “NTHI Kallisto” döyüş gəmisi Egey dənizində, Afina yaxınlığında Portuqaliya bayraqlı “Maersk Launceston” adlı konteyner gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində “NTHI Kallisto” batıb.
Yunanıstan Müdafiə Nazirliyindən bildiriblər ki, döyüş gəmisindəki 27 nəfər heyət üzvü təxliyə olunub. Bununla belə, iki nəfər yaralanıb.
Hazırda qəza ilə əlaqədar araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır