Seneqal sahillərində qayıq batdı, 140 nəfər həyatını itirdi
Şənbə günü Seneqal sahillərində qayığın batması nəticəsində ən az 140 miqrant həyatını itirib.
"Seanews.az" xəbər verir ki, bu barədə BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, qayıq Mbour şəhərindən çıxdıqdan qısa müddət sonra alovlanıb və daha sonra batıb.
Hadisə zamanı gəmidəki 200 nəfərdən yalnız 60-nı xilas etmək mümkün olub.
Təşkilatdan bu hadisənin cari ildə ən çox itkiyə səbəb olduğu bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır