Tunisdən Avropaya getmək məqsədilə gəmilərə minməyə cəhd göstərən 65 nəfər saxlanılıb
Tunisin hüquq-mühafizə orqanları ötən həftəsonu paytaxtın dəniz limanında Avropa ölkələrinə gedən ticarət gəmilərinə qeyri-qanuni minmək istəyən 65 nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə “Webdo” informasiya portalı Tunis Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.
“31 oktyabr və 1 noyabr tarixlərində Avropaya qanunsuz getmək məqsədi ilə paytaxt limanında lövbər salmış gəmilərə girməyə cəhd göstərən 65 nəfər saxlanılıb. Onların hamısı nəzarətə alınıb və barələrində cinayət işi başlanılıb”, - məlumatda belə deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır