Alanyada turist gəmisi batıb
Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin cəsədi çıxarılıb.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı gəmidə 30 nəfərin olduğu bildirilir.
Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələki bəlli deyil.
Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır