

Fırtınaya düşən gəmi batıb
Filippinə məxsus “Lady Athena” gəmisi Kambari adaları yaxınlığında fırtınaya düşüb.
“Seanews.az” xəbər verir ki, güclü fırtına nəticəsində gəmi çevrilərək batıb.
Hadisə yerinə gələn xilasedicilər heyətin 15 nəfər üzvünü xilas edib, lakin 2 nəfər itkin düşüb.
Qəza nəticəsində gəmiyə ciddi ziyan dəyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır