

"USS Bonhomme Richard" gəmisinin təmirindən imtina olunub
ABŞ iyulda San-Dieqo limanında baş verən yanğında zərər görən "USS Bonhomme Richard" gəmisini təmir etməyəcək.
"Seanews.az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Buna səbəb kimi həmin gəminin təmirinin baha başa gəlməsi göstərilir. Həmin gəmi hissələrə parçalanacaq və metal qalıqları istifadə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır