Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Danimarka Şimal dənizində neft-qaz hasilatını tam dayandıracaq

Danimarka hökuməti 2050-ci ilədək Şimal dənizində neft-qaz kəşfiyyatı və hasilatını tam dayandırılmasına dair qərar qəbul edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Danimarkanın iqlim və energetika problemləri naziri Dan Yorgensen deyib.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ölkə lisenziyalaşdırma turunun səkkizinci mərhələsindən və Şimal dənizindəki yataqların işlənməsi ilə bağlı tenderlərin keçirməsindən imtina edəcək.

Tenderlərin keçirilməsindən imtina və karbohidrogen istehsalının tamamlanması üçün tədbirlərin həyata keçirilməsi Danimarka büdcəsinə təxminən 2,1 mlrd. ABŞ dollarına başa gələcək.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Danimarka parlamenti iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri paketi qəbul etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır