

Dəniz quldurları Maltaya məxsus tankerə iki dəfə hücum ediblər
Dekabrın 6-da Nigeriya sahillərində, Qvineya körfəzində dəniz quldurları kimyəvi maddələr daşıyan “New ranger” tankerinə ardıcıl iki dəfə hücum ediblər.
“Seanews.az” xəbər verir ki, hücum Nigeriyanın neft terminalı Aqbaminin cənub-qərbindən 50 dəniz mili məsafədə qeydə alınıb.
Məlumata görə, hazırda gəminin göyərtəsində dörd nəfər quldur var. Heyət üzvləri hücumdan qorunmaq üçün gəmidə, xüsusi təchiz olunmuş otaqda gizləniblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır