

Nigeriyada polis işçilərini daşıyan gəmi batıb
Nigeriyanın Yenagoa bölgəsindəki Oporoma gölündə göyərtəsində 11 nəfər polis olan gəmi batıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Bayelsa əyalətinin Polis idarəsindən bildirilib.
Axtarış-xilasetmə işləri nəticəsində 6 polisin cəsədi tapılıb. Hazırda axtarış işləri davam edir.
Həyatını itirənlərin sayının arta biləcəyi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır