Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-18,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük aysberqinin videogörüntüsünü çəkmək mümkün olub - VİDEO

Böyük Britaniyanın kral hava qüvvələri dünyanın ən böyük aysberqinin videogörüntüsünü çəkməyə nail olub. Atlantik Okeanda görünən aysberq Cənubi Georgiya və Cənubi Sandviç adalarına tərəf üzürdü.

“Seanews.az” xəbər verir ki, “A68a” rəqəmi ilə tanınan aysberq 2017-ci ildə Antarktidadakı “Larsen S” buz sahəsindən ayrılıb. Sahəsi 5800 kv/km olan buzun çəkisi təqribən 1 trilyon tondur. Aysberqdən tədricən qopan buz hissəcikləri onun sahəsinin və çəkisinin azalmasına gətirib çıxarır. Hazırda aysberqin sahəsi 4200 kv/km-dir.

Alimlərin fikrincə, aysberq dayaz sularda uzun müddət qalarsa, bu. ekosistemə ziyan vurmaqla yanaşı, suitilərin və pinqvinlərin də qidalanmasına əngəl yarada bilər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır