

Xəzərin Dağıstan sahillərində 23 suiti ölüsü aşkar edilib
Dağıstandakı Federal Balıqçılıq Agentliyinin ərazi idarəsinin mütəxəssisləri Mahaçqalanın şimalındakı Sulak çayının sahilində 23 ölü suiti cəsədi tapıblar.
“Seanews.az” xəbər verir ki, vəziyyətin araşdırılması üçün Həştərxandan xüsusi briqada hadisə yerinə gəlib.
Qeyd edək ki, son zamanlar ərazidə 295 suiti cəsədi tapılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır