

ABŞ-da təyyarə daşıyan atom gəmisinin kapitanı ilk dəfə qadın olacaq
2022-ci ildə ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcı atom gəmisinin kapitanı Emi Bauernşmidt adlı qadın olacaq. Onun idarəçiliyi altında 5000 nəfər dənizçi çalışacaq.
“Seanews.az” xəbər verir ki, karyerasına göyərtə helikopterinin pilotu kimi başlayan Emi Bauernşmidt gəmi kapitanı vəzifəsinə 26 il ərzində pillə-pillə yüksəlib.
Karyera pilləsini sürətlə addımlayan Emi San-Dieqoda “Anti-submarine Squadron Light” komandasında çalışıb. O, həm də “USS John Young” hərbi gəmisində Fars körfəzində keçirilən əməliyyatlarda iştirak edib.
Emi Bauernşmidt tarixdə ilk dəfə olaraq 2016-cı ildə “USS Abraham Lincoln” gəmisində kapitanın baş köməkçisi vəzifəsində işə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır