

Karib dənizində qayıq qəzaya uğrayıb, ölənlər var
Karib dənizində venesuelalı miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 28 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın Baş Prokuroru Tarek Uilliam Saab dövlət televiziyasına açıqlamasında bildirib.
Hadisə Trinidad və Tobaqo bölgəsində baş verib.
Qeyd edək ki, daha əvvəl Reuters ölənlərin 20 nəfər olduğunu yazmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır