

Dəniz quldurları Danimarka şirkətinə aid gəmiyə hücum ediblər
Qvineya körfəzində Danimarka şirkətinə məxsus və Sinqapur bayrağı altında üzən “Maersk Cadiz” konteyner gəmisinə dəniz quldurları hücum ediblər.
“Seanews.az” xəbər verir ki, hadisə ötən gün günorta saatlarında gəmi Qanadan Kameruna doğru gedərkən baş verib.
Məlumata görə, gəmi heyətinə Nigeriya dənizçiləri kömək edib.
Şirkətdən hələlik məsələ ilə bağlı geniş açıqlama verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır