Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-18,
Seanews
Heyder Eliyev

İraqa məxsus tankerin heyəti minaya görə gəmidən təxliyə edilib

ABŞ-a neft daşıyan İraqa məxsus “Pola” adlı tankerdə minaya bənzəyən şübhəli əşya tapılıb. 

“Seanews.az” xəbər verir ki, əşya aşkar edildikdən dərhal sonra gəminin heyəti təxliyə olunub. Aşkarlanan əşyanın maqnitli mina olduğu müəyyən edilib.

Gəmidə təhlükəsizlik tədbirləri həyata keçiriləndən sonra heyət iş başına qaytarılıb. 

Qeyd edək ki, sözügedən tanker İraqın “State Oil Marketing Organization” dövlət şirkəti tərəfindən icarəyə götürülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır