

Ukraynada pandemiya şəraitində işləmək üçün üzən hospital inşa ediləcək
Ukraynanın Herson şəhərindəki “Pallada” zavodu Xorvatiyadakı tərəfdaşları ilə pandemiya və ya zəlzələ şəraitində işləyə biləcək üzən hospital inşa etməyi planlaşdırır.
“Seanews.az” xəbər verir ki, hospital müalicə üçün lazımi avadanlıqlarla təchiz olunacaq.
Bundan əlavə, tərəfdaşlar Adriatik dənizində üzən hotellərin inşasını da nəzərdə tuturlar. Hazırda iki dövlət arasında sözügedən layihələrin icrası üçün danışıqlar gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır