

“MSC Maria Saveria” adlı konteyner gəmisi Çanaqqala Boğazından keçərkən mühərrik problemi ilə üzləşib
Panama bayraqlı “MSC Maria Saveria” adlı konteyner gəmisi Səudiyyə Ərəbistanının "Kİng Abdullah" limanından Türkiyənin “Gemlik” limanına doğru gedərkən Çanaqqala Boğazında mühərrik problemi ilə üzləşib.
“Seanews.az” xəbər verir ki, dərhal gəmi kapitanı hadisə barədə Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri Müdirliyinə məlumat verib. Bunun ardınca əraziyə kömək üçün Sahil Təhlükəsizlik Xidmətinə aid iki gəmi göndərilib.
“MSC Maria Saveria” gəmisi yedək-təchizat gəmilərinin köməkliyi ilə təhlükəsiz yerə aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır