Süveyş kanalının bağlı qalması ilə əlaqədar maliyyə itkiləri təxminən 1 milyard dollar təşkil edə bilər
Süveyş kanalının "Ever Given" konteyner gəmisinin ilişməsi nəticəsində bağlı qalması ilə əlaqədar maliyyə itkiləri təxminən 1 milyard dollar təşkil edə bilər.
“Seanews.az” xəbər verir ki, bunu kanalın administrasiyasının başçısı Usama Rabiya “Sada əl-Elbalad” televiziya kanalına deyib.
Onun sözlərinə görə, bu məbləğə tıxacın vurduğu ziyan, həmçinin gəminin saydan çıxarılması xərcləri daxildir.
Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb. Beş gün sonra gəmi saydan çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır