Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

Liviya sahillərində qayıq qəzası nəticəsində 100 miqrant həlak olub

Aralıq dənizinin Liviya sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində azı 100 nəfərin boğularaq öldüyü bildirilir.

"Seanews.az" xəbər verir ki, “Ocean Viking” axtarış-xilasetmə qrupunun rəhbəri Luiza Albera yardım gəmisinin Tripoli yaxınlığında fəlakət yerinə çatdığını bildirib. Onun sözlərinə görə, rezin qayıqda Afrikanın müxtəlif ölkələrindən Avropaya gedən 130-dan çox miqrant olub. Albera qeyd edib ki, “My Rose” adlı ticarət gəmisi və “Frontex” təyyarəsi dənizdə çoxlu sayda insan cəsədləri aşkar ediblər.

Bu məlumatdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Yuginyo Ambrosi dənizdən 100 insan cəsədinin çıxarıldığını, qalan miqrantların axtarışının davam etdiyini deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır