Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

İndoneziyanın yoxa çıxmış sualtı qayığı dənizin dibində aşkarlanıb

İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus “KRI Nanggala-402” sualtı qayığı Bali adası yaxınlığındakı sularda aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua informasiya agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinə istinadla məlumat yayıb.

Reuters agentliyinin məlumatına görə, sualtı qayıq okean dibi skan edilərkən 850 metr dərinlikdə aşkar edilib.

Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla əlaqə kəsilib. Qəza zamanı qayığın göyərtəsində 53 nəfər olub.

İndoneziya Hərbi Dəniz Qüvvələri komandanının sözlərinə görə, sağ qalması mümkün olan ekipaj üzvlərinin təxliyəsinə yaxın vaxtlarda başlanması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır