Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-12,
Seanews
Heyder Eliyev

"Mercedes-AMG" sürətli kater istehsal edib

Uzunluğu 12.5 metr olan “Nighthawk AMG Black Series Cigarette” kateri “Mercedes-AMG” ilə “Cigarette Racing” şirkətinin müştərək layihəsidir.

“Seanews.az” xəbər verir ki, kater beş ədəd “V8 Mercury Racing 450R” 4.6 litrlik mühərriklə təchiz edilib. Sürəti saatda 145 kilometrə bərabərdir.

Katerin istehsalında karbondan geniş istifadə olunub. Gövdəsi qara və tünd narıncı rənglərlə boyadılmış kater “AMG” loqotipi ilə bəzədilib.

Yeni qayığın daxili hissəsi istiyə və günəş şüalarına davamlı materiallardan hazırlanıb. 

Sükan hissəsi iki sıra oturacaqlarla təchiz edilib. Hər bir oturacağa üç nəfər rahat yerləşə bilər.

Sürətli katerin təqdimatı Mayamidəki beynəlxalq yaxta şousunda baş tutmalı idi. Tədbir təxirə salındığından “Nighthawk AMG Black Series Cigarette” kateri bir neçə gün öncə ictimaiyyətə təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır